[b]Kollina Ukraynanı tərk etdi[/b]
22.08.2017 - 13:18
[b]Kollina Ukraynanı tərk etdi[/b]

İtaliyalı sabiq referi Pyerluici Kollina Ukrayna Hakimlər Komitəsinin kuratoru vəzifəsindən ayrılıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 57 yaşlı keçmiş hakimlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Kollina 2010-cu ildən bu vəzifəni icra edirdi.

 

Qeyri-rəsmi məlumata görə, onun illik maaşı əvvəlcə 600 min avroya bərabər idi. Lakin 2015-ci ildə yeni müqaviləyə qol çəkdikdən sonra italiyalının ildə 1 milyona yaxın məvacib aldığı bildirilir.

0