[b]70-ci sınaq[/b]
22.08.2017 - 15:04
[b]70-ci sınaq[/b]

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında yubiley matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə Danimarkadakı səfər oyunu 45 yaşlı mütəxəssisin Ağdam təmsilçisi ilə 70-ci avrokubok sınağı olacaq.

 

Bunadək Qurbanov “Qarabağ”ı 69 avrokubok görüşünə çıxarıb. Ağdamlılar bu oyunlarda 31 dəfə qələbə qazanıb.

 

Mütəxəssis 20 dəfə yetirmələrinin heç-heçəsinə şahid olubsa, 18 dəfə məğlubiyyət acısı yaşayıb.

 

Qurbanovun yetirmələri 80 qol vurub, öz qapısından 61 top buraxıb.

 

Qeyd edək ki, sabah keçiriləcək “Kopenhagen” – “Qarabağ” matçı saat 22:45-də başlayacaq.

 

 

0