[b]Ferreyra başladı, Oseqeyl gözləyir[/b]
23.08.2017 - 16:28
[b]Ferreyra başladı, Oseqeyl gözləyir[/b]

“Kəpəz”in futbolçusu Dedimar Ferreyranın zədəsi sağalıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, ötən tur “Zirə” ilə oyunu buraxan braziliyalı müdafiəçi komanda ilə birgə məşqlərə qoşulub.

 

Qəsəbə təmsilçisi ilə matçda soyuqladığından, meydana çıxa bilməyən Sergey Çernışevin də səhhətindəki problem aradan qalxıb. Yarımmüdafiəçi məşqlərdə iştirak edir.

 

“Zirə”yə qarşı görüşdə zədələnərək, əvəzlənən Viktor Oseqeylin durumu isə qismən yaxşılaşıb. Ayaq pəncəsi əzilən hücumçu indi bərpa prosesi keçir. Fərdi halda hazırlaşan futbolçunun qarşıdakı matçda oynayıb-oynamayacağına matç günü aydınlıq gələcək. 

0