[b]Runi yığma karyerasını bitirdi: Getmək vaxtıdı[/b]
23.08.2017 - 16:53
[b]Runi yığma karyerasını bitirdi: Getmək vaxtıdı[/b]

“Everton”a qayıdan Ueyn Runi İngiltərə millisindəki karyerasını bitirib. Apasport.az saytı xəbər verir ki, bu barədə ulduz futbolçu sosial şəbəkədə məlumat verib.

 

31 yaşlı hücumçu yığmadan ayrılmağını belə izah edib: “Millinin baş məşqçisi Qaret Sautqeyt bu həftə mənə zəng etdi və dünya çempionatının seçmə mərhələsinin növbəti oyunlarında məni yığmaya çağırmaq istədiyini bildirdi. Bunu eşitmək olduqca xoş idi. Amma qərarımı vermişdim. Qaretə dedim ki, yığmadan getməyi qətiləşdirmişəm. Bu, çox çətin qərardı. Məsələni ailəm və menecerimlə də müzakirə etdim. Millinin şərəfini qorumaq mənim üçün həmişə xüsusi hal olub. Mənə kömək edən hər kəsə minnətdaram. Amma hesab edirəm ki, artıq getmək vaxtıdı”.

 

Qeyd edək ki, 2003-cü ildə İngiltərə yığmasında debüt edən Runi 119 oyunda 53 qola imza atıb.  

0