[b]“Kimin güclü olduğunu rinq göstərəcək” - Məcidovun rəqibi[/b]
02.09.2017 - 17:01
[b]“Kimin güclü olduğunu rinq göstərəcək” - Məcidovun rəqibi[/b]

“Finala qədər güclü rəqiblərlə qarşılaşdım. Baş məşqçinin taktiki göstərişləri onları mübarizədən kənarlaşdırmağımda böyük rol oynadı”. Apasport.az saytının məlumatına görə, bunu Qazaxıstan yığmasının boksçusu Kamişbek Kunkabayev deyib.

 

Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Qazaxıstanın 3 idmançısı finala adlayıb ki, onlardan biri də Kunkabayevdi. 26 yaşlı boksçunun +91 kq çəki dərəcəsində finaldakı rəqibi Azərbaycan millisinin üzvü Məhəmmədrəsul Məcidov olacaq.

 

Ölkəsinin mətbuatına müsahibə verən Kunkabayev güclü rəqibi ilə döyüş öncəsi iddialı danışıb: “Dünya çempionatını qızıl medalla başa vurmaq üçün bütün gücümü ortaya qoyacam. Finalda kimin güclü olduğunu rinq göstərəcək. Kim döyüşə daha yaxşı hazırlaşsa, əhval-ruhiyyəsi yüksək olsa, o da qalib gələcək”.

 

Qeyd edək ki, final görüşü bu gün keçiriləcək.

0