SİZİN REKLAM BURADA

“Qarabağ”la oyunda meydana çıxmaq Azar üçün müsbət haldı”

“Çelsi” bu mövsüm Çempionlar Liqasının favoritlərindən biridi. Antonio Kontenin gəlişindən sonra komanda bu turnirdə rəqabət aparacaq gücə sahib olub”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin əfsanəvi futbolçusu Frenk Lempard deyib.

 

Ötənlərin məşhur futbolçusu Çempionlar Liqasının qrup mərhələsində baş tutan “Çelsi” – “Qarabağ” matçından sonra fikirlərini bölüşüb. Lempard bu qarşılaşmanın 58-ci dəqiqəsində meydana daxil olan “zadəganlar”ın yarımmüdafiəçisi Eden Azarın ünvanına tərif yağdırıb.

 

Onun fikrincə, belçikalı oyunçu Lionel Messi və Kriştianu Ronaldo səviyyəsində çıxış edə bilər: “Qarabağ”la oyunda meydana çıxmaq Azar üçün müsbət haldı. O, uzunmüddətli zədədən sonra bərpa dövrünü erkən başa vurmaq üçün mümkün qədər çox oynamalıdı. Ümid edirəm ki, Azar həftəsonu “Arsenal”la keçiriləcək qarşılaşmada meydana çıxacaq və yüksək səviyyədə çıxış edəcək. Eden “Çelsi” üçün önəmli futbolçudu. Öz oyununu taparsa, ən təhlükəli oyunçulardan biri olar. Onda Messi və Ronaldo səviyyəsində oynamaq potensialı var”.

 

Qeyd edək ki, “Çelsi” – “Qarabağ” görüşü İngiltərə çempionunun 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Zirə 5 4 1 0 11-4 13

2.

Qarabağ

4

4 0 0 8-2 12

3.

Qəbələ

5

3 1 1 8-5 10

4.

İnter

5 2 1 2 6-6

7

5.

Sumqayıt

5

2 1 2 5-6 7

6

Səbail 4 1 0 3 3-6 3

7.

Neftçi

5

0 1 4 2-7 1

8.

Kəpəz

5 0 1 4 3-10 1
               

 

Top 10