[b]2024 və 2028-ci il Olimpiadalarının ev sahibi dəqiqləşdi[/b]
14.09.2017 - 09:15
[b]2024 və 2028-ci il Olimpiadalarının ev sahibi dəqiqləşdi[/b]

2024 və 2028-ci ildə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi bu barədə rəsmi qərarı Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında verib.

 

Belə ki, qərara əsasən 2024-cü ildə Olimpiadanı Fransa paytaxtı Paris qəbul edəcək. Növbəti 4 illiyin ən möhtəşəm yarışı isə ABŞ-da baş tutacaq. Olimpiyaçılar 2028-ci ildə Los-Ancelesdə bir araya gələcəklər.

 

Qeyd edək ki, 2020-ci ildə Yay Olimpiya Oyunları Yaponiyanın paytaxtı Tokioda olacaq.  

0