[b]ÇL-də görünməmiş start: “Qarabağ”ın da “payı” var[/b]
14.09.2017 - 09:39
[b]ÇL-də görünməmiş start: “Qarabağ”ın da “payı” var[/b]

Çempionlar Liqasının yeni mövsümü görünməmiş məhsuldarlıqla başlayıb. Apasport.az saytının məlumatına görə, yarışın əsas mərhələsinin ilk turunun 16 görüşündə 54 qol vurulub. Bu matçlarda orta məhsuldarlıq 3,375-ə bərabərdi.

 

Yarışın indiki formatda keçirildiyi dövrdə heç vaxt ilk turda bu qədər qol olmamışdı. 2003/04 mövsümündən indiyədək ən yaxşı nəticə 53 qol idi.

 

2013/14 mövsümündə qeydə alınan həmin rekord dünən başa çatan turda yenilənib. “Beşiktaş”lı Rayan Babelin “Porto”ya vurduğu qol həm günün, həm də turun sonuncusu olmaqla yanaşı, rekordu rəsmiləşdirib.

 

1992-ci ildən Çempionlar Liqası adlanan yarış 2003/04 mövsümünədək fərqli formatlarda keçirilib. Bəzən iki qrup mərhələsi olub, bəzən qrup sayı fərqli olub. 32 komandanın yalnız bir qrup mərhələsində çıxış etdiyi dövrdə isə belə məhsuldar start yaşanmayıb.

 

Bu rekordda Azərbaycan təmsilçisi “Qarabağ”ın da “payı” var. Çempionumuzun “Çelsi”yə 0:6 hesabı ilə uduzduğu görüş turun ən məhsuldar matçı olub.

 

Çempionlar Liqasının indiki formatında ilk turda qol sayl

2003/04 - 40

2004/05 - 31

2005/06 - 37

2006/07 - 42

2007/08 - 36

2008/09 - 36

2009/10 - 37

2010/11 - 44

2011/12 - 32

2012/13 - 43

2013/14 - 53

2014/15 - 43

2015/16 - 48

2016/17 - 50

2017/18 - 54

 

0