[b]Budaq komandasına kömək edə bilmədi[/b]
16.09.2017 - 20:20
[b]Budaq komandasına kömək edə bilmədi[/b]

Futbol üzrə Portuqaliya Sequnda liqasında VII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət milli komandamızın futbolçusu Budaq Nəsirovun şərəfini qoruduğu “Sportinq”in B komandası da növbəti matçına çıxıb.

 

“Zolaqlılar” səfərdə “Akademika” ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 4:2.

 

Matça ehtiyat oyunçular skamyasında başlayan Nəsirov 58-ci dəqiqədə meydana daxil olub.

 

Qeyd edək ki, hazırda aktivində 10 xal olan "Sportinq" 7-ci pillədə qərarlaşıb.

0