[b]Ardıcıl 4 qələbə: “Qarabağ” ruslara şərik çıxdı[/b]
18.09.2017 - 10:10
[b]Ardıcıl 4 qələbə: “Qarabağ” ruslara şərik çıxdı[/b]

 “Qarabağ” Azərbaycan çempionatındakı qələbə seriyasını 7 oyuna çatdırıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümün son 3 matçında xal itirməyən Qurban Qurbanovun yetirmələri cari çempionata da ardıcıl 4 qələbə ilə başlayıb.

 

Son 4 ilin dəyişməz çempionu sonuncu dəfə “Qəbələ” ilə aprelin 9-da keçirilən matçda xal itirib – 0:0. Ardınca “İnter”i 3:0, “Sumqayıt” və “Neftçi”ni 2:1 hesabı ilə yenən ağdamlılar ötən mövsümə yüksək notda yekun vurmuşdu.

 

Cari mövsümdə isə “Qarabağ” “Neftçi”ni 3:1, “İnter”i 1:0, “Qəbələ”ni 2:1 və “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib.

 

Bununla, əyalət klubu dünyanın ən uzun qələbə seriyalarının müəllifləri sırasına düşüb. Bütün liqaları əhatə edən və qırılmayan seriyaların siyahısına isə “Jetısu” başçılıq edir. Qazaxıstan təmsilçisi 12 matçdı xal itirmir. İspaniya “Barselona”sı 11 oyunluq seriya ilə 2-cidi. İtaliya “Napoli”si, Lüksemburq “Proqres”i, Tunis “Esperans”ı və Astana “Lokomotiv”i 9 qələbə ilə 3-cü yerə şərikdi.

 

7-ci yerə Plzen “Viktoriya”sı və Türkmənistan “Altın Asır”ı bölüşür – 8 qələbə. “Qarabağ” 7 qələbə ilə 9-cu yerə şərik olan komandalar arasındadı. Sofiya MOİK-i, Almaniya “Paderborn”u da eyni göstəriciyə malikdi.

0