[b]“Atletiko” Kostaya 65 milyon avroluq təklif göndərdi[/b]
18.09.2017 - 16:15
[b]“Atletiko” Kostaya 65 milyon avroluq təklif göndərdi[/b]

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Atletiko” sabiq futbolçusu Dieqo Kostanı geri qaytarmaqda israrlıdı. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu qarşı tərəfə yeni təklif göndərib.

 

İspanlar bu keçidin baş tutması üçün “Çelsi” rəhbərliyinə 65 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. “Zadəganlar” razılıq versələr, 55 milyon avronu dərhal alacaqlar. Qalan 10 milyon avro isə bonus şəklində ingilislərə ödəniləcək.

 

“Çelsi”nin baş məşqçisi Antonio Konte 29 yaşlı forvardın xidmətində maraq olmadığını bildirib və bu səbəbdən Kostanın adı Çempionlar Liqasının iştirak ərizəsinə daxil edilməyib. Tərəflər ortaq məxrəcə gəlsələr belə, bu transfer ən tezi qışda reallaşa bilər.

 

Kosta özü də Kontenin rəhbərliyi altında oynamaq istəmir. “Çelsi”nin mövsümöncəsi hazırlıq prosesinə qatılmayan “sambaçı” London klubunun düşərgəsinə gec qoşulub. O, yenidən madridlilərin uğurları üçün çalışmağa qarşı deyil.

 

Qeyd edək ki, Dieqo Kosta “Çelsi”yə 2014-cü ildə məhz “Atletiko”dan keçib. 

0