[b]Yığmamızın sabiq futbolçusu qəzaya düşdü[/b]
18.09.2017 - 17:40
[b]Yığmamızın sabiq futbolçusu qəzaya düşdü[/b]

Azərbaycan millisinin sabiq üzvü Uğur Pamuk qəzaya düşüb. Apasport.az saytı xəbər verir ki, hadisə Türkiyədə baş verib.

 

Belə ki, “Manisaspor”un yay fasiləsində heyətinə cəlb etdiyi 28 yaşlı yarımmüdafiəçi dünən gecə avtomobil qəzasına uğrayıb. Nəticədə sabiq “Sumqayıt”lının çiynində sınıq əmələ gəlib.

 

Qeyd edək ki, Uğur Pamuk müxtəlif vaxtlarda ölkəmizdə “Xəzər Lənkəran” və “Sumqayıt” klublarında çıxış edib.

0