[b]Millimizin heyəti açıqlandı[/b]
18.09.2017 - 17:42
[b]Millimizin heyəti açıqlandı[/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə qrup mərhələsi öncəsi son təlim-məşq toplanışını Almaniyanın Bad Vorişofen şəhərində keçirəcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplanış sentyabrın 18-dən oktyabrın 1-dək davam edəcək.

 

Baş məşqçi Təbriz Həsənov toplanışa 18 futbolçu dəvət edib.

 

Siyahıda “İnter”in üzvləri çoxluq təşkil edir. Belə ki, bu komandanın 7 futbolçusu yığmaya çağırılıb: Şakir Seyidov (“Səbail”), Nadir Qasımov, Ceyhun Muxtarlı, Şahin Zəkiyev, Ricat Qarayev, Murad Qayalı, Rafael  Məhərrəmli, Təbriz Xubanov (hamısı “İnter”), Abbas Ağazadə, Əli Sadıxov, Faiq Hacıyev (hamısı “Qəbələ”), Bahadur Həziyev (MOİK), İsmayıl Babayev (“Sumqayıt”), Rəhman Daşdəmirov, Xəyal Tomarov (hər ikisi “Neftçi”), Doğukan Öksüz (“Trabzonspor”, Türkiyə), Mətin Gülər, Hüseyin Seyliğli (hər ikisi “Beşiktaş”, Türkiyə)

0