[b]Rauf Əliyev komandasına kömək edə bilmədi[/b]
19.09.2017 - 00:21
[b]Rauf Əliyev komandasına kömək edə bilmədi[/b]

Albaniya çepionatında II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Rauf Əliyevin çıxış etdiyi “Kukesi” klubu da növbəti matçını keçirib.

 

Sözügedən komanda səfərdə “Partizani” ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb.

 

Rauf bu oyuna start heyətində başlayıb.

 

Qeyd edək ki, iki oyundan sonra aktivində 4 xal olan “Kukesi” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 

0