Milli komandanın baş məşqçisi: “Şəhriyar Məmmədyarov istənilən səviyyədə oyun göstərmir”
28.04.2008 - 09:51
Milli komandanın baş məşqçisi: “Şəhriyar Məmmədyarov istənilən səviyyədə oyun göstərmir”
Teymur həmişə olduğu kimi – yəni, daha az uduzmaq və bir neçə görüşdə qələbə qazanmaq üslubunda oynayır. O, yalnız bir dəfə qalib gəlib, iki oyunda isə əsas istəyinə çatmaq imkanları olsa da, bunu sonadək çatdıra bilməyib. Ancaq turnirin başa çatmasına çox qalıb və ümid edirəm ki, bir neçə qələbə qazanacaq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında kişilərdən ibarət şahmat yığmamızın baş məşqçisi Fikrət Sideifzadə deyib. Onun sözlərinə görə, Ş.Məmmədyarovu daha yuxarı pillədə görmək istəsələr də, o, istənilən səviyyədə oyun göstərmir: “Ancaq nəzərə almaq lazımdır ki, turnir çox ağırdır. Bir sözlə, burada zəif şahmatçı yoxdur və kiçik bir səhvdən istifadə olunur”. Baş məşqçinin fikrincə, qabaqcıl şahmatçılar çox yarışlarda iştirak etdiyindən yorğunluq öz sözünü deyir və bunu təkcə bizimkilərə deyil, bütün zəka sahiblərinə aid etmək mümkündür: “Bu, normal haldır. Vaxtilə turnirlər az keçirilirdi, indi isə vəziyyət tam fərqlidir. Builki turnirlərdə Şəhriyarın oyununda tənəzzül olduğu özünü göstərib. Mənə elə gəlir ki, onun hazırlıq prosesində müəyyən səhvlər ola bilər. Bununla belə, bunun müvəqqəti hal olduğunu düşünürəm və Şəhriyarın əvvəlki kimi, rəngarəng oyunu ilə bizi sevindirəcəyinə inanıram. Karlsen üzərində qələbə göstərdi ki, Şəhriyar müəyyən anlarda öz oyununu göstərə bilsə, istənilən rəqibini məğlub edər”.
0