[b]Dembele əməliyyat olundu[/b]
19.09.2017 - 18:56
[b]Dembele əməliyyat olundu[/b]

“Barselona”nın yeni transferi Osman Dembele əməliyyat edilib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, həkimlər əməliyyatın uğurlu keçdiyini bildiriblər.

 

La Liqanın IV turunda “Xetafe” ilə keçirilən qarşılaşmanın ilk hissəsində zədələnən fransalı forvardın sol budundakı əzələlərdən biri qırılıb.

 

Klub rəsmi saytı vasitəsilə Dembelenin 3,5 ay yaşıl meydanlardan uzaq qalacağını bəyan edib. Bu isə o deməkdi ki, 20 yaşlı oyunçu yanvarın əvvəlindən etibarən komandaya qoşula biləcək.

0