SİZİN REKLAM BURADA

Avro-2017-nin açılış mərasimi keçirildi

Azərbaycan və Gürcüstanda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının rəsmi açılış mərasimi təşkil olunub. Apasport.az saytının məlumatına görə, tədbir Bakıda Milli Gimnastika Arenasında baş tutub.

 

Açılış mərasimi bədii hissə ilə start götürüb və iştirakçı ölkələrin bayraqları nümayiş etdirilib.

 

Ardınca Avro-2017-nin Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov qonaqları Bakıda salamladıqdan sonra  bildirib ki, bu gün Azərbaycanda daha bir idman bayramı başlayır: “Bu gün Azərbaycan hər bir tədbiri, o cümlədən idman tədbirlərini yüksək səviyyədə keçirməyə qadirdi. Bunun sübutu olaraq, Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə 2 il ərzində Bakıda keçirilmiş I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunlarını, Ümumdünya Şahmat Olimpiadasını, “Formula-1” üzrə Qran-pri yarışlarını, bir sıra idman növləri üzrə dünya və Avropa çempionatlarını, Dünya Kuboku və “Böyük Dəbilqə” yarışlarını, yüzlərlə beynəlxalq turnirləri sadalaya bilərik. 2019-cu ildə keçiriləcək futbol üzrə Avropa Liqasının final oyunu və 2020-ci il Avropa çempionatının qrup oyunları da bu möhtəşəm silsilənin davamı olacaq. Təbii ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidi. Ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin birbaşa şəxsi təşəbbüsü ilə Azərbaycanın bütün regionlarında 40-dan çox Olimpiya komplekslərinin, möhtəşəm idman qurğularının açılıb, istifadəyə verilməsi ilə idmançılara göstərilən xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artıb. Hələ keçmiş SSRİ dövründə belə Azərbaycan idmançıları arasında Olimpiya, dünya və Avropa çempionları vardısa, bu gün onların sayı daha da çoxalıb”.

 

Eyyubov voleybol yığmamızın və klublarımızın nailiyyətləri barədə də danışıb. O, Avropa çempionatını Azərbaycan və Gürcüstana həvələ edildiyi üçün Avropa Voleybol Konfederasiyasına təşəkkür edib: “Biz bu yarışda da Azərbaycan millisinin uğurlu çıxışına ümid edirik. Bütün voleybol ictimaiyyətini bu bayram münasibəti ilə təbrik edir, iştirakçılara uğurlar və azarkeşlərə zövq bəxş etdirəcək oyunlar arzulayıram”.

 

Təşkilat Komitəsinin sədri çıxışından sonra Avropa çempionatını açıq elan edib.

 

Qeyd edək ki, Avro-2017-də qitənin 16 ən güclü komandası 2 ölkənin 3 şəhərində mübarizə aparır. Qrup mərhələsində 4 “dördlüy”ə bölünən yığmalar artıq mükafatlar uğrunda mübarizəyə start veriblər.

 

Bu qruplardan biri Gürcüstan, biri Göygöl və ikisi Bakıda bir araya gəlib. Meydan sahibi kimi, birbaşa yarışa qatılan Azərbaycan yığması da paytaxtımızda çıxış edəcək. Faiq Qarayevin yetirmələri A qrupunda Polşa, Macarıstan və Almaniya ilə üz-üzə gələcəklər.

 

Qrup mərhələsindən sonrakı oyunların hamısı paytaxtımızda baş tutacaq. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10