[b]“Nə olacaqsa, aramızda qalacaq” – Miçel[/b]
22.09.2017 - 22:57
[b]“Nə olacaqsa, aramızda qalacaq” – Miçel[/b]

Azərbaycan Premyer Liqasının VI turunda “Sumqayıt”la qarşılaşan “Qarabağ” fasiləyə məğlub yollansa da, yekunda böyükhesablı qələbə qazanmağı bacardı. Qırmızı vərəqə aldığına görə meydanı erkən tərk edən Markos Madera qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyun istədiyiniz kimi keçdi?

- “Roma” ilə oyunöncəsi vacib qələbə qazandıq. İstədiyimiz alınmadı, amma qələbə çox vacib idi. Öz oyunuma gəldikdə, üzərimə düşəni etdim.

 

- Birinci hissədə zəif oyununuz indidən “Roma” ilə oyunun təzyiq altında olduğunuzu düşünməyə əsas veririmi?

- Xeyr, belə deyil. Tamamilə fərqli qarşılaşmalardı. Hər matçın öz xarakteristikası var. Ancaq rəqibin də müqavimət göstərdiyini, futbol oynadığını nəzərə almalıyıq.

 

- Qırmızı vərəqə almağınıza baş məşqçi sərt reaksiya göstərdi. Bu, meydandan çıxdığınız zaman da davam etdi. Bəs sonra nə dedi?

- Heç nə demədi. Nə olacaqsa, aramızda qalacaq. Meydanda əsas söz sahibi hakimlərdi. Oyun zamanı belə şeylər olur.

 

- Baş məşqçinin “qara siyahısı”na düşcəyinizdən çəkinmirsiniz?

- Qorxu və ya “qara siyahı” nə deməkdi ki, anlamıram…

 

- Yəni ehtiyatda qalacağınızı deyirik...

- Bunlar futbolda olan şeylərdə. İşləmək lazımdı.

 

- “Roma” ilə oyuna nə dərəcədə hazırsınız? “Çelsi” ilə duelin həyəcanını, məyusluğunu unutmusunuzmu?

- “Çelsi” ilə matçda olanların təkrarlanacağına inanmıram. Doğma meydanda oynayırıq və azarkeşlərin dəstəyi ilə daha konsentrasiyalı, istəkli olacağımızı düşünürəm. Fərqli oyun olacaq.

0