SİZİN REKLAM BURADA

“Bugünkü kimi oynamamalıyıq” - Kseniya Poznyak

“İlk set bizim üçün çox çətin keçdi. Öz ritmimizi heç cür tuta bilmirdik”. Apapsport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak deyib.

 

Ölkəmizdə təşkil edilən Avropa çempionatında ilk oyununu Macarıstana qarşı keçirən qadın voleybolçularımız birinci setdə çətinliklə üzləşsələr də, meydanı 3:0 hesablı qalibiyyətlə tərk ediblər.

 

Təcrübəli blokçunu da məhz ilk setdəki çıxış narahat edib. Yığmamızın aktivinə 8 xal yazdıran 31 yaşlı voleybolçu getdikcə daha yaxşı oynayacaqlarına inanır: “Birinci setdə çox səhvlər etdik. Buna baxmayaraq, setin sonlarında Şəfaqət Həbibova servisdə əla çıxış etdi və biz oyunun gedişatını dəyişə bildik. İndi qələbəni qeyd edirik. Eyni zamanda qrupda Polşaya qarşı keçirəcəyimiz ikinci görüş barədə düşünməyə başlamışıq. Ən yaxşı oyunumuzu göstərməliyik. Bugünkü kimi yox. Bunu etməyə də çalışacağıq”.

 

Qeyd edək ki, millimiz Macarıstan, Polşa və Almaniya ilə A qrupunda mübarizə aparır.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10