Natalya Məmmədova İspaniya çempionatında 15 xal toplayıb
28.04.2008 - 13:13
Natalya Məmmədova İspaniya çempionatında 15 xal toplayıb
Bakı. Kənan Həsənov – APA-Sport. Qadın voleybolçular arasında İspaniya çempionatında pley-off mərhələsinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın lideri Natalya Məmmədovanın icarə əsasında çıxış etdiyi “İkaro Palma” klubu doğma meydanda “Tenerife”yə 3:0 hesabı ilə qalib gəlib. Əsas heyətdə mübarizə aparan voleybolçumuz 15 xal toplayıb. Ardıcıl altıncı qələbəsini qazanan “İkaro Palma” 12 xalla yer aldığı B qrupunu lider qismində başa vurub. Ötən tur İspaniya çempionatının finalına vəsiqəni təmin edən N.Məmmədovanın komandası həlledici oyunda A qrupunda maksimum nəticə göstərən ötənilki çempion “Mursiya” klubu ilə qarşılaşacaq.
0