SİZİN REKLAM BURADA

Konte "Qarabağ"a şans vermədi: Favorit bizik...

“Premyer Liqa qarşılaşmaları çox çətin keçir. Burda 5-6 komanda çempionluğa oynayır”. Apasport.az saytının məlumatına görə, bunu “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

 

Çempionlar Liqasında (ÇL) “Qarabağ”la eyni qrupda yer alan İngiltərə təmsilçisi sentyabrın 27-də II tur çərçivəsində “Atletiko” ilə qarşılaşacaq.

 

Oyunöncəsi yerli mətbuata fikirlərini bildirən Konte əvvəlcə İngiltərə Premyer Liqası ilə Çempionlar Liqasının müqayisəsini aparıb: “Premyer Liqada “Tottenhem”, “Liverpul”, “Arsenal” və Mançester klubları ilə ayaqlaşmalı olursan. Heç kim çempionun kim olacağını öncədən təxmin edə bilmir. Çempion olmaq üçün hər şeyi doğru etməli, ildən-ilə daha da güclənməlisən”.

 

İtaliyalı çalışdırıcı ÇL-də yer aldıqları qrup barədə də danışıb. “Atletiko” və “Roma”nı tərifləyən Konte “Qarabağ”ı özlərinə rəqib saymadığını göstərib: “Düzdü, Çempionlar Liqasında qrupun favoriti bizik. O ki qaldı rəqiblərə, “Roma”da irəliləmək üçün mümkün olan hər şey var. Hesab edirəm ki, püşkdə bəxtimiz gətirməyib. “Atletiko” böyük təcrübəyə malikdi. Onları çox yaxşı tanıyıram. Bu komanda turnirdə sona qədər irəliləmək gücündədi və onlara qarşı olduqca diqqətli olmalıyıq. Biz indidən final barədə düşünmürük. Oyundan-oyuna hədəf müəyyənləşdiririk. İlk məqsədimiz 1/8 final mərhələsinə adlamaqdı”.

 

Qeyd edək ki, “Çelsi” qrup mərhələsinin ilk matçında “Qarabağ”ı öz meydanında böyük hesabla (6:0) məğlub edib.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 16 13 2 1 26-6 41

2.

Qəbələ

16 11 2 3 30-15 35

3.

Zirə 16 9 4 3 25-14 34

4.

Sumqayıt

16 7 3 6 20-18

24

5.

Neftçi

16

6 1 9 18-18 19

6

Səbail 16 4 2 10 10-23 14

7.

Keşlə

16

3 3 10 11-25 12

8.

Kəpəz

16 2 1 13 10-31 7
               

 

Top 10