SİZİN REKLAM BURADA

Nəhənglərin nəhəng seriyaları: “Qarabağ”ın rəqibi də var

Çempionlar Liqasının II turu ərəfəsində turnirin tarixinə düşən seriyalar açıqlanıb. Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytı qələbə və məğlubiyyətsizlik seriyalarında ilk “beşliy”i müəyyənləşdirib.

 

Həm ümumi oyunlar, həm də ev və səfər matçları üçün tərtib olunan cədvəllərdə 5-ci yerə bir neçə şərik olduğundan “beşlik” prinsipinə həmişə əməl edilməyib.

 

Məğlubiyyətsizlikdə “Mançester Yunayted”, qələbələri sıralamaqda “Bavariya” Avropaya nümunədi. Ən yaxşılar arasında “Qarabağ”ın qrupdakı rəqibi “Çelsi” də var.

 

İlk turda Azərbaycan çempionunu 6:0 hesabı ilə məğlub edən London klubu iki göstəricidə fərqlənib. İngiltərə çempionu 2006-09-cu illərdə ardıcıl 21 ev oyununda uduzmamaqla tarixə düşüb. Bu göstərici Avropada 5-ci yerə şərikdi.

 

Rəqibimiz səfər qələbələrini sıralamaqda da eyni pillədə yer alıb. “Çelsi”nin bu seriyası 2003-04-cü illərdə qeydə alınıb.

 

 

Məğlubiyyətsiz oyunlar seriyası

Ümumi

1. “Mançester Yunayted” – 25 (19.09.2007–05.05.2009)

2-3. “Ayaks” – 19 (14.09.1994–20.03.1996)

“Bavariya” – 19 (14.03.2001–02.04.2002)

4-6. “Barselona” – 16 (08.03.2011–03.04.2012)

“Mançester Yuinayted” – 16 (04.03.1998–29.09.1999)

“Mançester Yuinayted” – 16 (23.10.2001–23.10.2002)

Evdə

1. “Bavariya” – 29 (04.03.1998–02.04.2002)

2. “Arsenal” – 24 (14.09.2004–15.04.2009)

3. “Mançester Yunayted” – 23 (27.09.2005–03.11.2009)

4. “Barselona” – 22 (18.09.2013–davam edir)

5-7. “Çelsi” – 21 (12.09.2006 –08.12.2009)

“Barselona” – 21 (24.11.2009–10.04.2013)

“Real” – 21 (27.09.2011–09.12.2014)

Səfərdə

1. “Mançester Yunayted” – 16 (19.09.2007–16.02.2010)

2. “Ayaks” – 14 (28.09.1994–19.03.1997)

3-4. “Barselona” – 11 (01.10.2008–31.03.2010)

“Real” – 11 (28.09.2010–27.03.2012)

5. “Bavariya” – 10 (23.10.2012–01.04.2014)

 

Qələbə seriyaları

Ümumi

1-2. “Bavariya” – 10 (02.04.2013–27.11.2013)

“Real” – 10 (23.04.2014–18.02.2015)

3-4. “Barselona” – 9 (18.09.2002–18.02.2003)

“Barselona” – 9 (21.10.2014–06.05.2015)

5. “Borussiya” D – 8 (04.12.1996–01.10.1997)

Evdə

1. “Bavariya” – 16 (17.09.2014–15.02.2017)

2. “Barselona” – 15 (17.09.2014–08.03.2017)

3. “Mançester Yunayted” – 12 (13.09.2006–29.04.2008)

4. “Real” – 11 (03.04.2013–09.12.2014)

5. “Yuventus” - 10 (20.03.1996–10.12.1997)
Səfərdə

1-2. “Ayaks” – 7 (22.11.1995–19.03.1997)

“Bavariya” – 7 (19.02.2013–19.02.2014)

3-4. “Barselona” - 6 (12.04.2011–14.02.2012)

“Mançester Yunayted” – 6 (15.04.2009–16.02.2010)

5-6. “Çelsi” – 5 (16.09.2003– 06.04.2004)

“Real” - 5 (29.04.2014–18.02.2015)

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10