[b]Avro-2017: Ucaboy, bəstəboy, şişman, qocalar və cavanlar...[/b]
26.09.2017 - 17:16
[b]Avro-2017: Ucaboy, bəstəboy, şişman, qocalar və cavanlar...[/b]

Azərbaycan və Gürcüstanda keçirilən Avropa çempionatında ən diqqətçəkən voleybolçular məlum olub. Apasport.az saytının araşdırmasına görə, bəzi idmançılar boy, çəki və yaşı ilə digərlərindən fərqlənirlər.

 

Belə ki, ən yüksək və ən aşağı göstəricilərə malik idmançılar arasında millimizin üzvləri də yer alıblar. Hücumçularımızdan Yana Kulan və Polina Rəhimova turnirin ən ucaboy voleybolçusu Aqneşka Kakolevskadan cəmi 1 sm geri qalır. Polşalını isə 2 m-dən 1 sm ayırır. Nikol Kulhas (Hollandiya) da Kulan və Rəhimova ilə eyni boydadı.

 

Ən qısaboylular arasında da təmsilçimiz var. Bu, Ceyran Əliyevadı. Onunla yanaşı, Merve Dalbeler (Türkiyə) 165 sm boya malikdi. Çempionatın ən bəstəboyu isə Rene Sayndı. Xorvatiyalı libero ən yüngül çəkidə də birincidi. Millimizdə Əliyava çəkisi ilə digərlərindən geri qalır.

 

Avropa çempionatının ən şişmanı isə Aneta Havliçkovadı (Kosmanova). Vaxtı ilə ölkəmizdə çıxış etmiş çexiyalı 96 kq-dı.

 

Yarışın ən yaşlısı və ən gənc üzvləri isə Gürcüstan millisinin voleybolçularıdı. DÇ-1994-də Azərbaycan yığmasının şərəfini qoruyan Mariya Tsarenko 41 yaşında da meydanda mübarizə aparıb. O, komanda yoldaşları Maryam Beriaşvili və Anna Batsatsaşvilidən 25 yaş böyükdü.

 

Millimizin heyətində isə Natalya Məmmədova və Valeriya Məmmədova hamıdan yaşlıdılar. 33 yaşlı liderlərin ən gənc komanda yoldaşı Kristina Yaqubova onlardan 12 yaş kiçikdi.

 

Ən uzunboylular

199 sm – Aqneşka Kakolevska (Polşa)

198 sm – Yana Kulan (Azərbaycan)

198 sm – Polina Rəhimova (Azərbaycan)

198 sm – Nikol Kulhas (Hollandiya)

 

Ən qısaboylular

163 sm – Rene Sayn (Xorvatiya)

164 sm – Fruşina Tut (Macarıstan)

165 sm – Ceyran Əliyeva (Azərbaycan)

165 sm – Merve Dalbeler (Türkiyə)

 

Ən ağır çəkililər

96 kq – Aneta Havliçkova (Kosmanova, Çexiya)

89 kq - Kübra Çalışkan (Türkiyə)

87 kq - Yana Kulan (Azərbaycan)

87 kq - Polina Rəhimova (Azərbaycan)

 

Ən yüngül çəkililər

53 kq - Yana Todorova (Bolqarıstan)

54 kq - Rene Sayn (Xorvatiya)

55 kq - Simge Şebnem Aköz (Türkiyə)

 

Ən yaşlılar

12.08.1976 – Mariya Tsarenko (Gürcüstan)

23.11.1979 – Oksana Kovalçuk (Belarus)

10.09.1983 – Mariya Filipova (Bolqarıstan)

 

Ən gənclər

31.12.2001 – Maryam Beriaşvili (Gürcüstan)

02.09.2001 – Anna Batsatsaşvili (Gürcüstan)

30.12.1999 – Fruşina Tut (Macarıstan)

 

0