[b]“Qarabağ”ın rəqibində yeni müqavilə[/b]
26.09.2017 - 22:47
[b]“Qarabağ”ın rəqibində yeni müqavilə[/b]

“Roma” oyunçularından biri ilə yeni anlaşma imzalayacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində çempionumuz “Qarabağ”ın rəqibi olan canavarlar Kostas Manolasla yeni müqavilə bağlayacaq.


“Corriere dello Sport”da yer alan xəbərdə bildirilib ki, DÇ-2018-in seçmə mərhələsinin oyunları zamanı yaranacaq fasilədə 26 yaşlı mərkəz müdafiəçisinin sözləşməsi 2022-ci ilin iyununadək uzadılacaq.

Qeyd edək ki, yunanıstanlı futbolçu 2014-cü ildən paytaxt klubunda çıxış edir.

0