SİZİN REKLAM BURADA

Azərbaycan - Ermənistan görüşü bərpa edilə bilər!

DÇ-2018-in seçmə mərhələsinin başa çatması həm də UEFA-nın yeni turniri olan Millətlər Liqasında iştirakçıların liqa və səbətlərinə tam aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin sonuna 2 gün qalsa da, artıq bir sıra mətləblərə aydınlıq gəlib.

 

UEFA-nın milli komandalar üçün reytinqində 40-cı olan Azərbaycan yığmasının da taleyi artıq bəllidi. Millimiz Avropanın ən zəif 16 komandasının yer aldığı D liqasında mübarizə aparacaq.

 

Bu liqanın ən güclülərindən olan komandamız püşk zamanı 1-ci səbətdə qərarlaşacaq. Millimizi AVRO-2020-yə birbaşa vəsiqə verən liqa çempionluğuna namizədlərdən hesab etmək olar.

 

Çünki mümkün olan ən zəif 15 rəqibi arxada qoymaq lazımdı. Seçmə mərhələ tam bitmədiyindən liqanın tərkibi rəsmiləşməyib. Amma Gürcüstan, Farer adaları, Makedoniya, Ermənistan, Latviya, Lüksemburq, Moldova, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, Kosovo, San Marino və Cəbəllütariq yeganə vəsiqə uğrunda mübarizədəki rəqiblərimizdi.

 

Daha bir komandanın kimliyinə seçmə mərhələnin son günləri aydınlıq gətirəcək. Bu yığma ya Belarus, ya da Litva olacaq. Əslində, sonuncuların C liqasındakı yerini belaruslulara verməsi o qədər də inandırıcı olmadığından məhz slavyanları mümkün rəqibimiz saymaq mümkündü.

 

Bir sözlə, artıq sonuncu liqada olduğu dəqiqləşən komandamızı indi yalnız püşk maraqlandırmalıdı. Püşkatma isə 2018-ci il yanvarın 24-də baş tutacaq. Tədbir İsveçrənin Lozanna şəhərində “SvissTech” Konfrans Mərkəzində təşkil olunacaq.

 

D liqasının 16 komandası səbətlərdəki mövqeyi nəzərə alınmaqla 4 qrupa bölünəcək. Mümkün rəqiblərimiz arasında Ermənistan yığması da var. Lakin UEFA qərarına görə, bu iki komanda eyni qrupda yer ala bilməz.

 

Amma liqa çempionluğu və AVRO-2020-yə vəsiqə üçün hər iki komanda sonadək mübarizə aparsa, yarımfinal və ya finaldakı duel qaçılmaz ola bilər. Yalnız qrup qaliblərinin yüksəldiyi və “dördlər finalı”nı xatırladan həlledici qarşılaşmalar 4 komandadan birinin meydanında keçiriləcək. Azərbaycanla Ermənistanın qrup 1-cisi olması isə yarımfinal və finalın digər iki ölkədən birinin meydanında təşkil olunması ilə nəticələnəcək.

 

İndiyədək iki ölkənin əsas yığmaları üz-üzə gəlməsə də, bu dəfə UEFA məcburiyyətlə üz-üzə qala bilər. Hərçənd, AVRO-2008-in seçmə mərhələsində eyni qrupa düşən yığmaların görüşləri baş tutmayandan sonra UEFA onları ayırmağa qərar vermişdi.

 

Qeyd edək ki, Millətlər Liqasının qrup oyunları 2018-ci ilin sentyabr-noyabr, A liqasındakı həlledici matçları 2019-cu ilin iyununda baş tutacaq. AVRO-2020-yə dörd vəsiqə üçün 4 komandalı pley-off matçları 2020-ci ilin martında keçiriləcək.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10