[b]"Araz"dan ikinci qələbə - YENİLƏNİB[/b]
12.10.2017 - 19:13
[b]"Araz"dan ikinci qələbə - YENİLƏNİB[/b]

Bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində Azərbaycan çempionu “Araz” ikinci görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, yarışa bu raunddan başlayan Naxçıvan klubu oyunları Rumıniyada keçiriləcək VIII qrupunda qüvvəsini sınayır.

 

İlk oyununda Bosniya və Herseqovinanın “Mostar” klubuna qalib gələn (5:2) “Araz”ın budəfəki rəqibi Malta təmsilçisi “Sent Endryu” olub. Azərbaycan çempionu bu oyunda da qələbə qazanıb. İlk matçdan fərqli olaraq budəfəki qələbə çətinliklə başa gəlsə də, istənilən halda 3 xal komandamızın aktivinə yazılıb.

 

Matçın gedişində bir neçə dəfə hesabda geri düşən Alesionun yetirmələri yekunda əzmkarlıq hesabına seviniblər.

 

Komandamız B yolundakı 4 qrupdan birində yer aldığından yalnız 1-ci yer üçün vuruşacaq. Çünki A yolunun qruplarından 3, B yolundan isə 1 komanda elit-raunda vəsiqə əldə edir.

 

Qeyd edək ki, qrupun digər matçında “Deva” (Rumıniya) və “Mostar” (Bosniya və Hersoqovina) komandaları üz-üzə gələcək.

 

 

Futzal üzrə UEFA kuboku

Əsas mərhələ, B yolu

 

VIII qrup

II tur, 12 oktyabr

“Sent Endryus” (Malta) – “Araz” (Azərbaycan) - 4:6

Qollar: Penava, 10, 32; Autio, 11; Rojerinyo, 26 - Da Silva Qayevski, 20, 23, 29, 39; Karvalyo dos Santos, 35, Bolinya, 39

 

 

1

Araz

2

2

0

0

11-6

6

2

Deva

2

1

0

1

7-5

3

3

Mostar

2

1

0

1

5-7

3

 4

Sent Endryus

2

0

0

2

6-11

0

0