[b]“Kəpəz”in stadionu hazırdı - FOTO[/b]
13.10.2017 - 16:00
[b]“Kəpəz”in stadionu hazırdı - FOTO[/b]

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi başa çatıb. Apasport.az “Kəpəz”in saytına istinadən xəbər verir ki, mayın əvvəllərindən təmirə bağlanılan arenada ot örtüyü dəyişdirilərək, yenisi ilə əvəz olunub.

 

SİS şirkəti tərəfindən salınan qazon 5 ay ərzində müasir standartlara cavab verən vəziyyətə gətirilib. Ötən həftə xarici mütəxəssislər stadionda olaraq xüsusi texniki cihazlar vasitəsilə ot örtüyünün keyfiyyətini yoxlamadan keçiriblər. Təftişin nəticələri uğurlu olub. Son tamamlama işlərindən sonra isə meydança təhvil verilib.

 

Bununla bağlı SİS şirkətinin əməkdaşı Orxan Yunusov açıqlama verib: “Şükürlər olsun ki, deyilən vaxtda işləri bitirdik. Bundan sonra “Kəpəz” artıq ev oyunlarını Gəncədə keçirə bilər. Meydança yaxşı vəziyyətdədi, bütün tələblərə cavab verir. Bir müddət öncə şirkətimizin əməkdaşları tərəfindən burada yoxlamalar aparıldı, nəticələr müsbət oldu. Gəncə futbolu, “Kəpəz” üçün xeyirli və uğurlu olsun”.

 

Qeyd edək ki, Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilib. 

0