SİZİN REKLAM BURADA

Orxanın üsyanı və "İnter"in quru bəyləri

“İnter” daim ciddi əməkdaşlara malik peşəkar klub kimi diqqət çəkərdi. Vaxt vardı “bankirlər”in düşərgəsindən bir xəbər çıxmazdı, mətbuata açıqlamalar, yığcam, monoton olardı.

 

Son vaxtlar “İnter”in siması çox dəyişib. Bu klubun oyunçuları elə qəribə açıqlamalar verir ki, məəttəl qalırsan. Nizami Hacıyev mətbuatın ulduzuna çevrilib, hər oyundan sonra elə maraqlı danışır ki, gündəm mövzusu olur. Hər sözü qeyri-adi, hər atmacası ünvanlı…

 

Bugünkü “İnter” - “Qarabağ” oyunundan sonra da Orxan Sadıqlı səhnədə idi. Bakılıların qapıçısı bir az şən açıqlama verdi, dedikləri də həqiqət idi: “Bezmişəm. Belə şey olar? Gücümüz çatmır. 80 dəqiqə oynamağı bacarırıq. İkinci qoldan sonra istədim ki, futbolu atam. Danışılası çox şeylər var. Bilirsiz, hamının ailəsi var. Evə çörək aparmalısan. Mənim başqa işim-gücüm yoxdu. Başqa iş olsa, gedib işləyərəm. Pul yoxdu. Pul olmayanda, stress başlayır. Bundan sonra oynamaq olar? 2 aydır maaş almırıq. Bir söz deyəcəm, güləcəksiz. İnanırsız ki, toyumu maaşı almamağa görə təxirə salmışam. Dedim ki, məhərrəmlik ayından sonra edərəm. Yeznəmə demişəm mənə iş axtarsın”.

 

Bu, “İnter” rəhbərliyinin üzünə vurulan sillədi. Vəzifə ölüləri yalançı fon yaradıb, guya hər şeyin qaydasında olduğunu göstərir, amma 12-13 futbolçunun da qayğısına qala bilmirlər. Hərəsi 5-6 vəzifədə çalışır, həyatlarını təmin edirlər, işçiyə isə qul kimi baxırlar.

 

Hə, Orxan bir az məzəli danışıb, amma düzünü deyib axı. Bacarmırsızsa, çıxın gedin, qoy bir klub da dağılsın, belə iş olmaz. Öz varlığınızı kiminsə əzab çəkməsi üzərindəmi göstərirsiz?

 

Sadıqlı son dəqiqələrdə əldən verilən xala təəssüfləndiyi üçün “partlayıb”, bir az da günahı üzərindən atmaq üçün emosiyalarını boş buraxıb. Lakin düz deyib. “İnter” 2 ildi bu əziyyətlə yaşayır, klubu himayəsinə götürən AFFA da, bura bəh-bəhlə gələn Müşahidə Şurasının sədri Zaur Axundov da oyunçuları istismar etməklə məşğuldu. Vədlər, yalanlar…

 

Qışda transfer qadağası götürülən kimi ucdantutma legionerlər alınacaq, pul havaya səpiləcək, o zaman indi zülm çəkən futbolçular bəlkə də kənara atılacaq. Bu səbəbdən Orxanın üsyanı təbiidi.

 

“İnter”də problem təkcə futbolçularla bağlı deyil. Klub əməkdaşları da aylardı əməkhaqqı yolu gözləyir. Futzala, İcraiyyə Komitəsinə, şəxsi biznesinə başı qarışan Axundov klubun idarəçiliyini icraçı direktor Rəmiş Malıyevə tapşırıb. AFFA-nın sabiq hüquqşünası isə ancaq kabinet bəyidi, əsl futbolla yaxından-uzaqdan əlaqəsi yoxdu, klub idarəçiliyinin nə demək olduğunu hələ də anlamır. Elə bilir ki, AFFA-nın göndərdiyi pulu 2-3 ay gecikmə ilə paylamaqla iş bitir. Hələ də köhnə işindədi, AFFA-dan ayrılması kağız üzərindədi. Fikri baş məsləhətçi olduğu hüquq departamentindədi (futbolinfo.az).

 

Oyunu televiziya vasitəsi ilə izləyən yüzminlərlə insan utandırıcı mənzərəyə şahid oldu. Final fiti səsləndi və “Qarabağ”ın hər oyunçusunun yanında 2-3 uşaq peyda oldu. Biri buts, biri əlcək, biri forma istəyir, futbolçulara yalvarır, az qala onları soyundururdular. AFFA nümayəndəsi hara baxırdı? Meydan sahibi “İnter”dən oyunda təhlükəsizliyi niyə belə bərbad təşkil etmələrinin, kənar şəxslərin meydançaya doluşmasının səbəbini soruşdumu görəsən? O uşaqlardan hansısa futbolçulara xəsarət yetirsəydi, dalaşsaydı, buna görə kim məsuliyyət daşıyacaqdı?

 

Həmin uşaqlar yalnız “Qarabağ”ın ulduz futbolçularının geyiminə göz dikmişdi. “Səmayə”nin formaları heç kimə lazım deyildi. Orxan Sadıqlıdan forma istəyəsi deyildilər ki? Elə söz deyərdi, hamı uğunardı.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10