[b]"Araz" liderliyi əldən verdi - YENİLƏNİB[/b]
14.10.2017 - 21:38
[b]"Araz" liderliyi əldən verdi - YENİLƏNİB[/b]

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” bu gün qrupda son oyununu keçirib. Apasport.az xəbər verir ki, təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşıb.

 

Liderlik üçün çempionumuza heç-heçə də bəs etsə də, komandamız məğlubiyyətlə barışmalı olub. 3:6 hesablı yenilgi "Araz"ı turnir cədvəlinin ikinci pilləsinə salıb.

 

Bununla da Alesionun komandası turnirdə mübarizəsini dayandırıb.

 

Qeyd edək ki, “Araz”ın yer aldığı qrupdan elit-raunda yalnız birinci yerin sahibi vəsiqə qazanıb.

 

Futzal üzrə UEFA kuboku

Əsas mərhələ, B yolu
 

“Araz” – “Deva” (Rumıniya) - 3:6

Qol: Vilela, 8, Bolinya, 31, Çovdarov, 39 - Matey, 6, 19, 39, İqnat, 18, Panzaru, 24, Tonita, 38

Deva idman kompleksi.  

Hakimlər: Tomasz Frak (Polşa), İbrahim El Jilali (Hollandiya), Şota Kukhilava (Gürcüstan)

 

1

Deva

3

2

0

1

13-8

6

2

Araz

3

2

0

1

14-12

6

3

Sent Endryus

3

1

0

2

11-13

3

4

Mostar

3

1

0

2

7-12

3

0