[b]“Özümü həmişə müsbət enerji verən hiss etmişəm” – yığmamızın voleybolçusu[/b]
14.10.2017 - 17:21
[b]“Özümü həmişə müsbət enerji verən hiss etmişəm” – yığmamızın voleybolçusu[/b]

“Bu şəhərdə, bu komandada olmaq mənim üçün çox xoşdu. Çox şadam ki, mənə kapitan sarğısı da etibar olundu”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak (Koçyığıt) deyib.

 

Bu gün Rusiyanın “Leninqradka” voleybol klubunun mətbuat konfransı keçirilib. Yığıncaqda blokçumuz da KİV nümayəndələrinin suallarını cavablandırıb.

 

O bildirib ki, Sankt-Peterburq təmsilçisinə gec qoşulduğu üçün təəssüflənir: “Təəssüf ki, komandanın düşərgəsinə daha tez gələ bilmədim. Çünki Avropa çempionatında iştirak edirdim. Kollektiv, məşqçilər, tibb personalı dərhal xoşuma gəldi. Mən burda özümü ailəmdəki kimi hiss edirəm. Meydançada anlaşmaq üçün vaxtımız elə də çox olmayıb. Lakin biz düzgün istiqamətdə gərgin iş görürük”.

 

Poznyak “Leninqradka”nın kapitanı seçilməsinə də münasibət bildirib: “Kapitan kimi dəmək istəyirəm ki, təcrübəmə əsaslanaraq komandaya kömək etmək, uğurlu nəticələr qazanmaq və məşqçimizin müəyyənləşdirdiyi hədəflərə çatmaq üçün əlimdən gələni edəcəyəm. İlk dəfədi kapitan sarğısı mənə həvalə olunur. Yığmamızda bu vəzifəni uzun müddət toppaylayıcı yerinə yetirib. Lakin həyatımda və oyunda özümü həmişə ətrafdakılara müsbət enerji və dəstək verən hiss etmişəm. Bunun üçün də kapitanlığım gözlənilməz olsa da, xoşdu. 100 faiz söz verə bilərəm ki, ilk növbədə komandaya öz oyunumla kömək edəcəm”.

 

Qeyd edək ki, “Leninqradka” Superliqanın ilk turunda yığmamızın hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”suna 0:3 hesabı ilə uduzub. 

0