[b]Yığma üzvü Premyer Liqada “fərqləndi”, komandası uduzdu[/b]
15.10.2017 - 20:21
[b]Yığma üzvü Premyer Liqada “fərqləndi”, komandası uduzdu[/b]

Ukrayna Premyer Liqasında XII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Pavle Paşayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçını keçirib.

 

Sözügedən kollektiv səfərdə “Olimpik”in qonağı olub. Milli üzvünün komandası donetsklilərlə oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

 

Matça start heyətində başlayan Paşayev 90 dəqiqə meydanda olub. O, 83-cü dəqiqədə “fərqlənib”. Futbolçumuz sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, 12 oyundan sonra aktivində 9 xal olan “Aleksandriya” turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

0