SİZİN REKLAM BURADA

“Bu, inkişaf etmək üçün vacib məqamdı” - Uqo Barqas

Cari mövsüm ilk böyükhesablı qələbəsini qazanan “Neftçi” “Səbail”in qapısından 4 cavabsız top keçirib. Bu nəticənin qazanılmasında dubl edən “ağ-qaralar”ın hücumçusu Uqo Barqasın əməyi danılmazdı. Oyundan sonra forvard apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Dubl etdiyiniz oyun haqda nə deyə bilərsiniz?

- İlk 10 dəqiqədə ürəyimiz istəyən kimi oynaya bilmədik. Çünki ötürmələrdə səhvlər edirdik. Sadə epizodlarda topu itirirdik. Ancaq 10-cu dəqiqədən sonra tədricən özümüzə gəldik və nəzarəti ələ keçirdik. Oyundan-oyuna komandanın çıxışında artım hiss olunur. Bu da birliyimizin nəticəsidi. Rəqib qapısı qarşısında coxsaylı epizodlar yaratsaq da, cəmi dördündən istifadə edə bildik. Qələbə münasibətilə “Neftçi”sevərləri təbrik edirəm.

 

- “Neftçi”də ilk dublnuzu rəsmiləşdirdiniz. Şəxsi göstərici sizin üçün nə dərəcədə vacibdi?

- Bunun üçün sevinirəm. Daha çox qol vurub, komandama xeyirli oyunçu olmağa çalışacam. Ötən mövsümə diqqət yetirsəniz meydanda çox olmadığımı görərsiniz. Bəzən ehtiyatdan oyuna qoşulurdum, bəzən ilk dəqiqələrdən meydana çıxır, sonra əvəzlənirdim. Təbii ki, bu da formamı yüksək səviyyədə saxlamağıma imkan vermirdi. Ancaq son 3 oyunda baş məşqçimiz mənə əsas heyətdə şans verir, inanır. Bu da əlavə motivasiya deməkdi və inkişaf etmək üçün vacib məqamdı.

 

- Birinci dövrədə “Səbail”ə yenilmişdiniz. Bu dəfə böyükhesablı qələbəyə sevindiniz. Yeni baş məşqçi necə motivasiya edir ki, komanda fərqli oyun nümayiş etdirməyə başlayıb?

- Komandada fiziki hazırlıq planında problemlər var idi. Millilərin oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edib bu çatışmazlığı nisbətən də olsa aradan qaldırmağa çalışdıq, üzərimizdə çox işlədik. Üstəlik, oyun planında da bizi axsadan amilləri aşmağa çalışdıq. Bunu hər kəs görə, hiss edə bilər. Təbii ki, komanda üzvlərinin istəkli olması, yumruğu bir nöqtəyə vurması bu uğurun gəlməsində həlledici məqamdı. Biz komanda şəklində güclü oluruq.

 

- Hələ ki “Neftçi”nin bombardirisiniz. Azarkeşlər daha çox qol gözləyir. Gəncə səfərindən öncə onlara bunun davamını gətirəcəyinizə söz verirsinizmi?

- Sabahdan həmin oyuna hazırlaşacağıq. Komanda şəklində yaxşı məşq etməliyik. 1-2 oyunla heç nə bitmir. Bütün matçlarda “vuruşmalı”, “Neftçi”nin uğur qazanması üçün çalışmalıyıq. Qollarımla, qol vura bilməyəndə isə başqa məqamlarla komandama kömək etmək üçün əlimdən gələni edəcəm.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10