[b]Eddi darmadağına sonradan qoşuldu[/b]
16.10.2017 - 00:26
[b]Eddi darmadağına sonradan qoşuldu[/b]

İspaniya Sequndasında X turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Ximnastik” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Kordoba” ilə qarşılaşıb.

Oyun qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb. Matça ehtiyat oyunçular skamyasında başlayan Eddi 73-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, bir oyun az keçirən və 9 oyundan sonra aktivində 11 xalı olan “Ximnastik” 17-ci pillədə qərarlaşıb.

0