[b]“Zirə” rekordunu yenilədi[/b]
16.10.2017 - 12:39
[b]“Zirə” rekordunu yenilədi[/b]

“Zirə” startdakı məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, qəsəbə klubu Azərbaycan Premyer Liqasının VIII turunun ev oyununda “Kəpəz”i 3 cavabsız qolla məğlub edib.

 

Bu, zirəlilərin tarixində ən uğurlu startdı. 5 qələbə qazanıb, 3 heç-heçə edən Ayxan Abbasovun yetirmələri 2015/16 mövsümündəki rekordunu yeniləyib. Həmin vaxt Premyer Liqanın debütantı ardıcıl 7 oyunda uduzmamışdı. Bakılılar VIII turu yenilgisiz keçməklə 2 il əvvəlki nəticəni arxada qoyub.

 

0