[b]Ronaldo bir əfsanəni keçdi, növbə digərindədi[/b]
18.10.2017 - 01:40
[b]Ronaldo bir əfsanəni keçdi, növbə digərindədi[/b]

Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Real” “Tottenhem”lə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, 1:1 hesablı bərabərliklə başa çatan oyun komandasının cavab qolunu vuran Kristiano Ronaldo üçün əlamətdar olub.

 

Belə ki, portuqaliyalı ulduz bu matçla birlikdə qitənin ən nüfuzlu klub turnirində 143-cü dəfə forma geyinib. Bu göstərici ilə “Real”ın əfsanəsi Raulu arxada qoyan Ronaldo ÇL-də ən çox keçirən oyunçuların  sıralamasında 3-cü pilləyə yüksəlib.

 

Qeyd edək ki, sözügedən siyahıya İker Kasillas başçılıq edir. “Kral klubu”nun daha bir əfsanəsi olan “çərçivə qoruyucusu” 166 dəfə ÇL oyunlarında meydana çıxıb. Onu Xavi Hernandez izləyir. Keçmiş “Barselona”lının göstəricisi 151-ə bərabərdi. “İlk beşliy”i isə Rau (142) və Rayan Giqz (141) tamamlayır.

0