[b]Olimpiya çempionu 27 il sonra etiraf etdi: Məni 15 yaşımda zorlayıblar [/b]
20.10.2017 - 11:37
[b]Olimpiya çempionu 27 il sonra etiraf etdi: Məni 15 yaşımda zorlayıblar [/b]

İdman gimnastikası üzrə ABŞ millisinin sabiq üzvü, olimpiya çempionu Makkayla Maroninin ardınca daha bir idmançı şok etirafla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, SSRİ yığmasının heyətində 2 dəfə olimpiya, 1 dəfə dünya və 3 dəfə Avropa çempionu titulunu qazanmış Tatyana Qutsu zorlandığını söyləyib.

 

Hazırda 41 yaşı olan gimnast Yay Olimpiya Oyunlarının 6 qat qızıl mükafatçısı Vitali Şerbo tərəfindən zorlandığını bildirib.

Ukraynalının sözlərinə görə, bu hadisə ilk dəfə Almaniyanın Ştutqart şəhərində baş verib: “27 il susduqdan sonra cəsarətimi topladım. Yığmadakı komanda yoldaşım və ən yaxın rəfiqəm hesab etdiyim Tatyana Toporova, “çox sağ ol ki” mənə dəstək lazım olan vaxt bunu etmədin. Qadınların hüquqları üçün mübarizə aparmadın. Sən ordaydın, hər şeyi eşidirdin. Amma müdafiəm üçün qalxmadın. Rüstəm Şərifov sən də “sağ ol ki”, yaxşı dost olsan da, 15 yaşım olanda səsimə səs vermədin. 1991-ci ildə məni zorlayan Vitali Şerbo idi. Uzun illər bu vəhşiliyə görə özümə qapanmışdım. Bilirəm ki, indi özünü müdafiə etməyə çalışacaqsan. Amma mənim sübutum sənin sözlərindən üstündü. Mən heç vaxt olmadığı qədər güclüyəm. Sən artıq məni sındıra bilməzsən. Bu mənim həyatımdı. Mən bunu yaşamışam və etiraf etməyə qorxanlara da dəstək olacam. Öz gücümə inanıb, başqalarına dəstək olmağa çalışacam”.

Qeyd edək ki, Belarusdan olan Şerbo Barselona-1992-də MDB yığmasının heyətində qazandığı 6 medaldan birini komanda hesabında əldə edib. Azərbaycan gimnastı Valeri Belenki də onunla eyni komandada yer alıb.   

 

 

0