[b]Skolari yeni müqaviləyə “yox” dedi[/b]
20.10.2017 - 16:14
[b]Skolari yeni müqaviləyə “yox” dedi[/b]

Braziliyalı məşqçi Luis Felipe Skolari “Quançjou Everqrand” klubunun yeni müqavilə təklifini qəbul etməyib. Apasport.az saytı “Reuters”ə istinadən xəbər verir ki, o, Çin klubundakı fəaliyyətini davam etdirmək fikrində deyil.

 

Təcrübəli çalışdırıcı bu səbəbdən sözləşməsinin müddətini uzatmağa razılaşmayıb. Onun qüvvədə olan anlaşması noyabrda başa çatacaq.

 

Skolari ölkəsinə qayıtmaq niyyətində olmadığını bildirib. 68 yaşlı mütəxəssis fəaliyyətini Avropa və ya Asiyada davam etdirmək arzusundadı. O, dünya çempionatına vəsiqə qazanan yığmalardan hər hansı birini də çalışdırmağa razıdı.

 

Qeyd edək ki, əvvəllər Braziliya və Portuqaliya yığmalarını, həmçinin “Çelsi” klubunu çalışdırmış Luis Felipe Skolari 2015-ci ildən “Quançjou Everqrand”ın “sükanı arxası”ndadı. 

0