[b]Keçmiş italiyalı futbolçu haqqında həbs qərarı[/b]
20.10.2017 - 23:02
[b]Keçmiş italiyalı futbolçu haqqında həbs qərarı[/b]

İtaliya millisinin keçmiş oyunçusu Fabrisio Mikkoli həbs oluna bilər. Apasport.az saytının məlumatına görə, Palermo məhkəməsi hücumçu haqqında 3.5 illik həbs qərarı çıxarıb.

 

Buna səbəb Mikkolinin mafiya ilə iş görməsi olub. Belə ki, Fabrisio bir nəfərin ona borclu olduğu 12 min avro məbləği geri qaytarmaq üçün mafiya üzvü Mauro Lauriçellidən kömək istəyib. Həmin şəxs isə qarşı tərəfə zor tətbiq edib.

 

Mikkoli isə qərardan narazı qaldığını və apelyasiya məhkəməsinə müraciət edəcəyini deyib. O, adıçəkilən şəxsin mafiya ilə əlaqəsi olduğunu bilmədiyini bildirib.

 

Qeyd edək ki, 2015-ci ildə karyerasını başa vurmuş keçmiş hücumçu “Yuventus”, “Fiorentina” və “Palermo” kimi məşhur klubların formasını geyinib. 

0