[b]“Barselona” hansı çempionatda oynayacaq? - Bartomeu açıqladı[/b]
21.10.2017 - 14:08
[b]“Barselona” hansı çempionatda oynayacaq? - Bartomeu açıqladı[/b]

“Barselona”nın prezidenti Xosep Bartomeu komandanın hansı çempionatda mübarizə aparacağına aydınlıq gətirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub rəhbəri siyasi problemlərə qarışmayacaqlarını bildirib.

 

İspaniya Futbol Federasiyası Kataloniyanın müstəqilliyinin tanınacağı təqdirdə “Barselona”nın La Liqadan uzaqlaşdırılacağını bəyan etmişdi.

 

Referendumla bağlı danışan Bartomeu bunun komandaya təsir göstərməyəcəyini vurğulayıb: “Biz siyasi problemlərə baş qoşmuruq. La Liqada qalmaq istəyirik. Burdakı çıxışımızı da davam etdirəcəyimizi düşünürəm”.

0