[b]Budaq darmadağına əngəl ola bilmədi[/b]
21.10.2017 - 22:41
[b]Budaq darmadağına əngəl ola bilmədi[/b]

Portuqaliya sequndasında X tur davam edir. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət milli komandamızın oyunçusu Budaq Nəsirovun komandası “Sportinq” B də növbəti oyununu keçirib.

 

“Zolaqlılar” səfərdə “Penafil”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Matça start heyətində başlayan Nəsirov 76-cı dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 10 oyundan sonra aktivində 13 xal olan “Sportinq” B turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. 

0