[b]“Qovulmaqdan qorxmuram” – Antonio Konte[/b]
22.10.2017 - 15:50
[b]“Qovulmaqdan qorxmuram” – Antonio Konte[/b]

“Çox güclü təzyiq altındayam, ancaq qətiyyən qovulmaqdan qorxmuram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

 

Çempionlar Liqasının qrup mərhələsində təmsilçimzin rəqiblərindən biri olan London klubunun çalışdırıcı klub saytına açıqlama verib.

 

İtaliyalı mütəxəssis komandası üçün əlindən gələni etdiyini bildirib: “Bir şeyə inanıram ki, komandam üçün əlimdən gələni edirəm və mümkün olan hər şeyi verirəm. Keçən il də belə idi, bundan qəti şübhəm yoxdu. Hər bir məşqçinin, hər bir komandanın əsas vəzifəsi azarkeşlərini xoşbəxt etməkdir. Mənim üzərimdə təzyiq yaradan da budur. Fanatlarımızın oyun vaxtı necə həyəcanlı olduqlarını görürük. Qalan şeylər vacib deyil. Əmin olanda ki, klub üçün 150% iş görmüşük, evə də xoşbəxt qayıdıram”.

0