[b]Yığmamızın oyunçularından fərqli göstəricilər[/b]
23.10.2017 - 09:46
[b]Yığmamızın oyunçularından fərqli göstəricilər[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında II turun qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, tur qonşu ölkə çempionatında çıxış edən yığmamızın oyunçuları üçün fərqli nəticələrlə başa çatıb.

 

Belə ki, millimizin kapitanı Odina Bayramovanın şərəfini qoruduğu “Seramiksan” “Bursa BŞB”nin qəbul edib. Görüş təmsilçimizin komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bayramova görüşdə 18 xal toplayıb.

 

Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” “Halkbank”la üz-üzə gəlib. “Sarı-lacivərdlilər” oyundan 3:1 hesablı qələbə ilə ayrılıb. Rəhimova 20 xalla bombardir olub.

 

Digər hücumçumuz Yana Kulanın formasını geyindiyi “Beylikdüzü” isə “Vakıfbank”la üz-üzə gəlib. Gərgin keçən matç təmsilçimizin komandasının məğlubiyyəti ilə yekunlaşıb – 2:3. Kulan 31 dəqiq zərbə ilə görüşün ən məhsuldar oyunçusu seçilib.

 

Bu voleybolçularımızdan fərqli, Beşiktaş”ın uğurları üçün çalışan Marqarita Əzizova yalnız 1 setdə əvəzetmə ilə meydanda olub. Təmsilçimiz komandası “Əczaçıbaşı”ya 1:3 hesabı ilə uduzub.

 

Beləliklə, II turdan sonra “Fənərbaxça” 6 xalla 3-cü, “Seramiksan” 4 xalla 5-ci, “Beşiktaş” 3 xalla 6-cı və “Beylikdüzü” 1 xalla 9-cudu. 

0