[b]Ronaldo – Messi: 7:6[/b]
24.10.2017 - 09:44
[b]Ronaldo – Messi: 7:6[/b]

Portuqaliya millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Kriştianu Ronaldo 7-ci dəfə planetin ən yaxşısı seçilib. Apasport.az saytının məlumatına görə, avropalı ulduz bununla, Argentina yığması və “Barselona”nın oyunçusu Lionel Messini arxada qoyub.

 

Söhbət FİFA-nın və “France Football” nəşrinin versiyalarının qalibi olmaqdan gedir. Sonuncuların “Qızıl top” mükafatı 1956-2009, beynəlxalq futbol qurumunun “İlin futbolçusu” nominasiyası 1991-2009-cu illərdə ən yaxşını ayrı-ayrılıqda müəyyənləşdirib.

 

2010-2015-ci illərdə ardıcıl 6 dəfə Fransa nəşri ilə FİFA birgə keçirdikləri sorğu ilə vahid mükafat təsis edib. Amma bu əməkdaşlıq uzunömürlü olmayıb.

 

2016-cı ildən sabiq tərəfdaşlar yenidən ayrı-ayrılıqda ən yaxşını seçməyə davam ediblər.

 

Messinin üstünlüyü məhz birgə əməkdaşlıq dövrünə təsadüf edib. Həmin vaxt argentinalı 4, portuqaliyalı 2 dəfə qalib gəlib. Ronaldo FİFA-nın tək keçirdiyi sorğularda 2:1, “France Football”ın səsvermələrində 3:1 hesabı ilə üstündü.

 

Qeyd edək ki, 2017-ci il üçün “Qızıl top”un sahibi gələn ilin yanvarında açıqlanacaq.

 

Mükafat

Kriştianu Ronaldo

Lionel Messi

Qızıl top (1956-2009, 2016-...)

2008, 2016

2009

FİFA İlin futbolçusu (1991-2009, 2016-...)

2008, 2016, 2017

2009

FİFA Qızıl top (2010-2015)

2013, 2014

2010, 2011, 2012, 2015

 

0