[b]Millimizin Albaniya sınağı[/b]
24.10.2017 - 10:42
[b]Millimizin Albaniya sınağı[/b]

Sabah 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti sınağına start verəcək. Apasport.az saytının məlumatına görə, Vüqar Əsgərlinin baş məşqçisi olduğu komanda Avropa çempionatlarının seçmə mərhələlərində mübarizəyə başlayacaq.

 

Yığmamız Albaniyada qüvvəsini sınayacaq IV qrupda çıxış edəcək. Millimiz meydan sahibləri, həmçinin İspaniya və Ukrayna ilə duellərdə gücünü yoxlayacaq.

 

Elit-raunda vəsiqə uğrunda mübarizə aparacaq millimiz sabah Ukrayna ilə üz-üzə gələcək. Futbolçularımız II turda güclü İspaniya ilə qarşılaşacaq Bu matçların hər ikisi Albaniya paytaxtı Tiranada keçiriləcək.

 

Komandamız sonuncu matçında meydan sahibləri ilə üz-üzə gələcək. Albaniya yığması ilə görüş Durres şəhərində təşkil olunacaq.

 

Qeyd edək ki, seçmə mərhələdə öz qrupunda ilk iki yeri tutan komandalar, həmçinin ən yaxşı nəticəyə malik dörd 3-cü yer sahibi elit-raunda vəsiqə qazanacaq.

 

19 yaşadək qızlar arasında Avropa çempionatı

Seçmə mərhələ, IV qrup

I tur, 25 oktyabr

16:00. Azərbaycan - Ukrayna

Tirana. Kamza stadionu

18:00. İspaniya - Albaniya

Durres. Niko Dovana stadionu

 

II tur, 28 oktyabr

16:00. İspaniya – Azərbaycan

Tirana. Kamza stadionu

18:00. Ukrayna – Albaniya

Durres. Niko Dovana stadionu

 

III tur, 31 oktyabr

19:00. Ukrayna - İspaniya

Tirana. Kamza stadionu

19:00. Albaniya – Azərbaycan

Durres. Niko Dovana stadionu

 

 

0