[b]Mundial iştirakçılarının duelində 1 qol[/b]
14.11.2017 - 09:28
[b]Mundial iştirakçılarının duelində 1 qol[/b]

Dünən milli komandalar arasında yoldaşlıq görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyə yenə azarkeşlərini məyus edib.

 

“Ay-ulduzlular” bu dəfə doğma azarkeşləri önündə Albaniya ilə bacarmayıblar. Dünya çempionatına vəsiqə qazanan Polşa ilə Meksikanın duelində 1 qol qeydə alınıb. Raul Ximenesin yeganə qolu meksikalılara səfər qələbəsi qazandırıb.

 

Yoldaşlıq görüşləri

13 noyabr

 

Gürcüstan – Belarus – 2:2

Qollar: Sixarulidze, 35; Dvali, 50 – Staseviç, 24; Nexayçik, 66

 

Venesuela – İran - 0:1

Qol: Yahanbaxş, 57

 

İraq – Suriya – 1:1

Qollar: Yenyat, 42 (avtoqol) – Əl-Xatib, 18

 

Bolqarıstan – Səudiyyə Ərəbistanı – 1:0

Qol: Popov, 81

 

Türkiyə - Albaniya – 2:3

Qollar: Cengiz, 47; Əmrə Akbaba, 60 – Sadiku, 24, 39; Qrezda, 55

 

Kosovo – Latviya – 4:3

Qollar: Rahmani, 13; Muriqi, 45; Raşani, 86; Halimi, 90+4 – Kluskins, 11, 59; Sabala, 30

 

Polşa – Meksika – 0:1

Qol: Ximenes, 13

 

Ermənistan – Kipr – 3:2

Qollar: İşkanyan, 16; Haroyan, 38; Mxitaryan, 63 (pen.) – Laifis, 50; Sotiriu, 89

0