SİZİN REKLAM BURADA

Aquero Messiyə yaxınlaşıb, huşunu itirdi

Argentina millisinin hücumçusu Serxio Aquero növbəti dəfə diqqət mərkəzinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu Nigeriya ilə yoldaşlıq görüşündə xəstəxanalıq olub.

 

Krasnodarda keçirilən qarşılaşmanın 36-cı dəqiqəsində komandasının ikinci topunun müəllifi olan forvard bununla millinin heyətində qollarının sayını 36-ya çatdırıb və Ernan Kresponu keçərək, Argentinanın ən məhsuldar 3-cü oyunçusu olub.

 

Lionel Messi və Qabriel Batistutaya bir addım yaxınlaşan 29 yaşlı futbolçu bunun sevincini yaşamağa macal tapmayıb. Çünki görüşün fasiləsində gözlənilmədən huşunu itirən “Mançester Siti”nin üzvü dərhal xəstəxanaya aparılıb. Onun durumunun normal olduğu bildirilib.

 

Qeyd edək ki, Argentina – Nigeriya oyunu ikincilərin qələbəsi (4:2) ilə nəticələnib.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10