[b]İFFHS-dən yeniliklər[/b]
16.11.2017 - 10:11
[b]İFFHS-dən yeniliklər[/b]

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) yeniliyə imza atıb. Apasport.az saytının məlumatına görə, hər ilin yekunlarına əsasən ən yaxşıları müəyyənləşdirən qurum yeni kateqoriyalar əlavə edib.

 

Əvvəlki illərdə olduğu kimi, qurum ilin ən yaxşı kişi və qadın hakim, pleymeykerlər, qapıçılar, həmçinin klub və milli məşqçilərini və ən yaxşı qadın klubunu müəyyənləşdirir. İFFHS ilk dəfə kişi və qadınlardan ibarət rəmzi yığmanı da tərtib edəcək. Bu komandalar 4-3-3 sistemi ilə müəyyənləşəcək.

 

Bu 11 kateqoriya İFFHS-nin ölkələr üzrə nümayəndələrinin səsləri ilə bəlli olacaq. Azərbaycanı apasport.az saytının əməkdaşı Vüqar Xeyrullayev təmsil edir.

 

Qeyd edək ki, 2017-ci ilin yekunlarına görə, daha 4 siyahı müəyyənləşəcək. Klub reytinqi, dünyanın ən yaxşı liqaları, ölkə çempionatlarının və beynəlxalq oyunların bombardirləri də açıqlanacaq.

 

0