[b]“Yuventus” almanlara göz dikib[/b]
16.11.2017 - 20:56
[b]“Yuventus” almanlara göz dikib[/b]

“Yuventus” qış “transfer pəncərəsi”ni fəal keçirməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi Almaniya yığmasının iki oyunçusunun xidmətində maraqlıdır.

 

Bu barədə “Bild”ə klubun icraçı direktoru Beppe Marotta açıqlama verib. İtaliyalı klub rəsmisinin bildirdiyinə görə, “Yuventus” “Şalke”nin oyunçusu Leon Qoretska və “Liverpul”da çıxış edən Emre Canın keçidini reallaşdırmaq istəyir.

 

Hər iki futbolçunun klubları ilə müqaviləsi yayda başa çatacağı üçün “Yuventus” yaranmış şansdan yararlanmaq istəyir.

 

Qeyd edək ki, Qoretska ilə “Bavariya” və “Barselona” da maraqlanır.

0