[b]Ulduz futbolçu taksi sürücüsü olmaq istəyib[/b]
17.11.2017 - 11:55
[b]Ulduz futbolçu taksi sürücüsü olmaq istəyib[/b]

“Beşiktaş”ın futbolçusu Pepe ilə bağlı maraqlı məlumat yayılıb. Apasport.az saytı xəbər verir ki, “Globo Esporte”yə danışan 34 yaşlı müdafiəçinin atası Anaelya Ferreyra oğlu haqda bilinməyən məqamı açıqlayıb.

 

Məlum olub ki, Pepe 13 yaşında futbolla vidalaşa bilərmiş. Həmin vaxt onun ürəyindən taksi sürücüsü olmaq keçib: “Pepenin başına bədbəxt hadisə gəlmişdi. Komandası qələbə qazanıb, yarışda mübarizəni davam etdirməli olduğu halda, 0:1 hesabı ilə uduzurdu. Oğlumgil hesabı bərabərləşdirəndə rəqibin qapıçısı vaxtı uzatmaq məqsədilə topu əlinə aldı. Pepe topu andan almaq üçün yanına qaçdı. Bu vaxt qapıçının köməyinə digər futbolçu gəldi və oğlumu itələdi. Nəticədə Pepe üzündən zədələndi. Dava başladı və oğlum meydanı vaxtından əvvəl tərk etməli oldu. Həmin vaxt jurnalistlərdən biri dedi ki, Pepe futboldan birdəfəlik uzaqlaşdırılacaq. Bu, oğlumun karyerasına son qoya bilərdi. O, həyəcan keçirdi və futboldan getməyə, taksi sürücüsü olmağa artıq hazır idi. Ona taksidə işləmək üçün maşın alacağımla bağlı söz verdim. Amma özünü böyük futbolda davam etməli olduğunu da bildirdim. Şükürlər olsun ki, hər şey yaxşı nəticələndi”. 

 

Qeyd edək ki, karyerası ərzində “Maritimo”, “Porto” və Madrid “Real”ında da oynamış Pepe bu ildən “Beşiktaş”ın formasını geyinir. 

0