[b]Yığmamız Fransa ilə qarşılaşacaq[/b]
24.11.2017 - 15:25
[b]Yığmamız Fransa ilə qarşılaşacaq[/b]

19 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün elit-raundunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 28 komanda 7 qrupa bölünüb.

 

Azərbaycan millisi III qrupda yer alıb. Yığmamız Fransa, Belçika və Finlandiya ilə mübarizə aparacaq. Oyunların harada keçiriləcəyinə hələlik aydınlıq gəlməyib.

 

Bu mərhələnin matçları 2018-ci il aprelin 2-10 və ya iyunun 4-12-də keçiriləcək. Yalnız qrup qalibləri final mərhələsinə yüksələcək. AVRO-2018-in final mərhələsi iyulun 18-30-da İsveçrədə keçiriləcək.

 

Qeyd edək ki, millimiz seçmə mərhələdə Ukrayna (2:0), İspaniya (0:6) və Albaniya (0:0) ilə eyni qrupda mübarizə aparıb və 2-ci yeri tutub.

0